UEFA Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə qurumun prezidenti Aleksander Çeferin bildirib. Onun sözlərinə görə, yeniliklər ən tez 2024/2025 mövsümündən tətbiq oluna bilər.
Çeferin deyib ki, bir çox klub prezidentləri, o cümlədən PSJ-nin sahibi Nasser Əl-Xəlafi də onunla həmfikirdir.
Yeniliklərə əsasən, yarımfinal və final matçları “Dördlər finalı” formatında təşkil ediləcək. Belə olacağı təqdirdə isə yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv olunacaq.
















