“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Sanderlend”i çalışdırmayacaq.
Bakıvaxtı.az "Mirror"a istinadən xəbər verir ki, irlandiyalı mütəxəssislə klub arasında şərtlərdə razılıq əldə olunmayıb.
Məşqçilik karyerasına “Sanderlend”də başlayan 50 yaşlı mütəxəssis 2006-08-ci illərdə bu komandanın baş məşqçisi olub.
Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə "Nottinqem Forest" klubunda köməkçi məşqçi kimi çalışıb.(qol.az)
















