"Qalatasaray" Türkiyə Superliqasının 16-cı turunda "Sivasspor"la matçda (0:1) zədələnən qapıçısı Fernando Musleranın son durumu ilə bağlı açıqlama yayıb.
Bakıvaxtı.az İstanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, uruqvaylı qolkiperin sol dizinin yan bağlarında şiddətli yırtıq, ön çarpaz bağında isə dartılma aşkarlanıb. Onun müalicəsinə başlanıldığı bildirilib.
35 yaşlı qapıçının 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
















