"Arsenal"ın hücumçusu Folarin Baloqunu "Midlsbro"ya icarəyə verib.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu bu mövsümün qalan hissəsini icarə əsasında Çempionşip təmsilçisində keçirəcək.
Qeyd edək ki, Baloqun bu mövsüm 4 matçda oynayıb.















