• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Neymar "Real"a qarşı oynayacaq?

İDMAN

11 Fevral 2022 | 18:28 | Müəllif: Subhan Mahmudov

Neymar "Real"a qarşı oynayacaq?

PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandayla məşqlərə başlayan Neymarla bağlı açıqlama verib.

Bakıvaxtı.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, braziliyalı hücumçunun Çempionlar Liqasında “Real”a qarşı oynayıb-oynamayacağını hələ bilmədiyini deyib:

“Neymar yaxşıdır, lakin zədədən yeni qayıtdığı üçün Liqa 1-də “Renn”lə matçda olmayacaq. Onun “Real”la oyunda oynayıb-oynamayacağını bilmirəm. Görək, necə olacaq.

Hər oyunçu belə vacib matçlarda iştirak etmək istəyir. Lakin onlar zədələrini də nəzərə almalıdırlar. Fiziki durumu istədiyimiz vəziyyətdə olsa, “Real”la matçda oynaya bilər”.

Qeyd edək ki, PSJ ilə “Real” arasındakı ilk matç fevralın 15-də, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026