Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi bəlli olub.
Bakıvaxtı.az-ın xəbər verir ki, ölkə mediasın İstanbul təmsilçisinin Yoahim Lövlə anlaşdığını bildirir.
Klub prezienti Ali Koçla şəxsən Almaniyaya uçaraq futbol mütəxəssisilə görüşüb və Löv təklifi qəbul edib.
“Sarı-lacivərdlilər” Almaniya yığmasının sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək.
Qeyd edək ki, Yoahim Löv 1998-1999-cu illərdə də “Fənərbağça”nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib./oxu.az/
















