• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Sumqayıt"dan növbəti transfer

İDMAN

12 Yanvar 2022 | 19:45 | Müəllif: Subhan Mahmudov

"Sumqayıt"dan növbəti transfer

“Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, "kimyaçılar" son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalayıb. 27 yaşlı oyunçu komandada “24” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah” klublarında da çıxış edib.

23 yaşadək futbolçulardan ibarət yığma komandamızla 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərimizin də uğurları üçün çalışıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026