"Mançester Yunayted " komandada koronavirusun yayılması ilə bağlı açıqlama yayıb .
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, klub xəstəliyin daha da yayılma riskini minimuma endirmək üçün məşq bazasının bir gün müddətinə bağlandığını açıqlayıb. Testi müsbət çıxanlar təcrid olunub.
"Məşqin ləğvini və komandanın normal fəaliyyətinin pozulmasını, həmçinin oyunçuların və işçilərin sağlamlığının prioritetini nəzərə alaraq, klub çərşənbə axşamı "Brentford"a qarşı oynamağın təhlükəsiz olub-olmadığını Premyer Liqa ilə müzakirə edir. Komandanın və heyətin Londona səfəri bu müzakirənin nəticələrinə əsasən qərar qəbul edilənə qədər təxirə salınacaq” - deyə klubun açıqlamasında bildirilir.
















