"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqu başqa komandaya buraxmayacaq.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə niderlandlı futbolçunun atası məlumat verib:
"Bavariya", yoxsa "Mançester Yunayted? Transferin baş tutacağını düşünmürəm. Amma onun adları Avropanın ən yaxşı beş klubu ilə hallanır".
Qeyd edək ki, de Yonqun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayı başa çatır.
















