• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Qarabağ"da ciddi itkilər

İDMAN

14 Dekabr 2021 | 18:52 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"da ciddi itkilər

“Qarabağ” ciddi itkilərlə üzləşib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, kapitan Maksim Medvedev və mərkəz müdafiəçisi Kevin Medina sıradan çıxıb. Hər iki futbolçu iki həftə meydana çıxa bilməyəcək.

Madvedevin Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə oyunda ayaq topuğunda burxulma olub. Həmin matça tam sağalmamış çıxan Medina isə zədəsini yeniləyib. Hər iki futbolçunun komanda ilə məşqə Antalya toplanışı zamanı qoşulacağı gözlənilir. Bu isə o deməkdir ki, futbolçular mövsümün ilk yarısının sonuncu – 14-cü turunda “Zirə” ilə keçiriləcək oyunu buraxacaqlar.

“Qarabağ” – “Zirə” matçı dekabrın 16-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026