• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Daha bir motokuryer saxlanıldı

HADİSƏ

11 Iyul 2024 | 15:05

Daha bir motokuryer saxlanıldı

Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən daha bir motokuryer saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmədindən bildirilib.

    Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb. O, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib. Tədbirlərin davamı olaraq həmin şəxs - 1995-ci il təvəllüdlü Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib.

    N.Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib.

    Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Sentyabr 2026