• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Polisdən əməliyyat - 6.6 kiloqram narkotik götürüldü

HADİSƏ

10 Avqust 2024 | 11:48

Polisdən əməliyyat - 6.6 kiloqram narkotik götürüldü

Avqustun 9-da polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) Bakıvaxtı.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,5 kiloqrama yaxın marixuana, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 2760 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 595 çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026