• Bakı 20° C

    11.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 0.0177

Qətldə təqsirləndirilən direktor müavininin məhkəməsi başladı

HADİSƏ

09 Sentyabr 2024 | 10:58

Qətldə təqsirləndirilən direktor müavininin məhkəməsi başladı

Bakıda orta məktəbin mühafizəçisini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun məhkəməsi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı deyib ki, cinayət iş üzrə hər hansı bir prosessual pozuntuya yol verilməyib, ona görə də işin məhkəmə baxışına verilməsinə etiraz etmir.

Vəkil iş materialları ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Proses sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il Xətai rayonu 55 saylı məktəbdə qeydə alınıb.

Natiq Mehdi saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


SON XƏBƏRLƏR

02 Oktyabr 2024