• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Bakıda təkər tullantıları yığılmış ərazidə yanğın baş verdi

HADİSƏ

08 Oktyabr 2024 | 22:26

Bakıda təkər tullantıları yığılmış ərazidə yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov küçəsində avtomobil təmiri sexinin ərazisində təkər tullantıları yığılmış yerdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

08 Oktyabr 2024