• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DƏHŞƏTLİ QƏZA - Ana və iki uşağı... + YENİLƏNİB

HADİSƏ

10 Oktyabr 2022 | 09:28

DƏHŞƏTLİ QƏZA - Ana və iki uşağı... + YENİLƏNİB

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndi ərazində qeydə alınıb.

Quba rayon sakin Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır. /APA

***

09:17

Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub.

Bakıvaxtı.az xəbər verir ki, Vaqif küçəsində Süleyman Məmmədov idarə etdiyi avtomobillə yolu keçən Günay Fərzəliyeva və iki azyaşlı övladını vurub.

Nəticədə qadın hadisə yerində ölüb, uşaqlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026