• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

DİM məlumatların əlçatanlığını təmin edir

CƏMİYYƏT

16 Iyul 2025 | 11:46

DİM məlumatların əlçatanlığını təmin edir

“DİM daim şəffaflığın, açıq məlumatın və bu məlumatların hər kəs üçün əlçatan olmasının tərəfdarıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, DİM daim şəffaflığın, açıq məlumatların və bu məlumatların hər kəs üçün əlçatan olmasının tərəfdarıdır.

Məleykə Abbaszadə bildirib ki, ölkəmizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Açıq Məlumat” (Open Data) layihəsi həyata keçirilir.

“DİM həmin layihə çərçivəsində günün sonunadək 22 məlumat dəstini ictimaiyyətə açıq təqdim etmək öhdəliyini götürüb. Hazırda 12 məlumat dəsti artıq yerləşdirilib və istifadəyə açıqdır. Günün sonuna qədər siyahının tam icrası təmin ediləcək”, – deyə o əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR