• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Divara yapışdırılmış banan" əsərinin sahibi onu mətbuat konfransında yeyib

DÜNYA

29 Noyabr 2024 | 14:49

Divara yapışdırılmış banan əsərinin sahibi onu mətbuat konfransında yeyib

İtalyan rəssam Maurisio Kattelanın “Divara yapışdırılmış banan” adlanan konseptual əsəri Nyu-Yorkda hərraca çıxarılaraq 6,2 milyon dollara satılıb.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, əsəri alan kriptovalyuta sahibkarı Castin Sun media nümayəndələrinin qarşısında bananı divardan qoparaq yeyib.

    O konseptual sənətlə kriptovalyuta arasında paralellər olduğunu deyərək addımını belə şərh edib.

    Castin Sun qeyd edib ki, bananı mətbuat konfransında yemək də sənət əsərinin tarixinin bir hissəsi ola bilər.


    SON XƏBƏRLƏR

    08 Iyun 2025
    07 Iyun 2025