"Dogecoin" və "Shiba Inu" kimi bir çox rəqəmsal valyutanın siması olan internet fenomen iti Kabosu dünyasını dəyişib.
Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bununla bağlı 17 yaşlı Kabosunun sahibi Atsuko Sato bloq hesabında paylaşım edib.
O, sevimli itinin mayın 24-də səhər saatlarında dünyasını dəyişdiyini açıqlayıb.
"Əllərimin istisini hiss edərkən yuxuya gedirmiş kimi, ağrısız, dinc şəkildə getdi. Bütün bu illər ərzində Kabosu sevdiyiniz üçün hamınız çox sağ olun. Əminəm ki, Kabosu dünyanın ən xoşbəxt itidir. Bu, məni dünyanın ən xoşbəxt sahibi edir. Bizə sevgi göndərən hər kəsə dərin təşəkkürümü bildirirəm". - deyə itin sahibi bildirib.
Qeyd edək ki, Kabosu 2022-ci ildən leykoz xəstəliyindən müalicə alırdı. Mayın 26-da Yaponiyanın Narita parkında Kabosu ilə vida mərasimi keçirəcək.
Gülşən Şərif
















