• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Dövlət Departamentindən Bakı-İrəvan danışıqları barədə AÇIQLAMA

DÜNYA

11 Iyul 2023 | 10:21

Dövlət Departamentindən Bakı-İrəvan danışıqları barədə AÇIQLAMA

ABŞ yaxın aylarda Bakı ilə İrəvan arasında danışıqların davam etdiriləcəyinə ümid edir.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

“Biz əvvəlki kimi hesab edirik ki, razılaşma mümkündür və yaxın aylarda növbəti danışıqlara ümid edirik”, - diplomat deyib.

Xatırladaq ki, 27-29 iyun tarixlərində xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ABŞ-nin Arlinqton şəhərindəikitərəfli görüş olub. Onlar Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

E. Blinken Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçılarının görüşlərinin növbəti raunduna yekun vuraraq bildirib ki, danışıqlarda irəliləyiş var, lakin yekun razılaşmaya qədər hələ çox işlər görülməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026