• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Düşmənin" diversiya qrupu zərərsizləşdirildi - VİDEO

CƏMİYYƏT

23 Oktyabr 2023 | 17:58

"Düşmənin" diversiya qrupu zərərsizləşdirildi - VİDEO

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi davam edir.

Bu barədə  Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsublarının iştirakı ilə keçirilən birgə təlimin növbəti mərhələsi icra edilib.

Plana uyğun olaraq şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv edilməsi, eləcə də əməliyyat rayonunun dərinliyindəki diversiya qrupunun zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Hər iki qardaş ölkənin təlimə cəlb edilən hərbi qulluqçuları qarşıya qoyulan bütün tapşırıqların icrasında xüsusi peşəkarlıq nümayiş etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026