• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ƏƏSMN-nin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb

CƏMİYYƏT

02 Iyun 2023 | 11:22 | Müəllif: Qalib İbrahimoğlu

ƏƏSMN-nin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb

“Son beş ildə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O, həmin dövrdə bu e-xidmətlərə 64 milyon müraciətin, nazirliyin e-sistemlərinə 572 milyon sorğu və müraciət qeydə alındığını, qurumun 31 e-xidməti üzərindən 3,3 milyon e-arayış verildiyini diqqətə çatdırıb. “Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalından isə 69 milyon dəfə istifadə edildiyi bildirilib. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexanizmi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirildiyi, 692 min fərdi hesabın e-qaydada açıldığı qeyd olunub.

Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Dövlət xidmətlərinin 2022-ci ildə «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində 24 mərkəzi icra hakimiyyəti orqanı arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1-ci yerə yüksəlib”, - deyə nazir müavini bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026