• Bakı 25° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Eks-prezident koronavirusa yoluxdu - FOTO

DÜNYA

06 Dekabr 2023 | 08:31 | Müəllif: Qalib İbrahimoğlu

Eks-prezident koronavirusa yoluxdu - FOTO

Polşanın keçmiş prezidenti, 80 yaşlı Lex Valesa koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun “Facebook” səhifəsində paylaşımında bildirilir.

Polşanın keçmiş prezidenti, 80 yaşlı Lex Valesa koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Paylaşımda prezidentin xəstəxana çarpayısında uzandığını göstərən fotoşəkil də yerləşdirilib. Fotonun başlığında "Məni COVID vurdu" şərhi yazılıb.

Eks-prezidentin ürək döyüntüsünün, qan təzyiqinin, eyni zamanda qanının oksigenlə doyma səviyyəsinin normal olduğu deyilir. L.Valensa venadaxili dərmanlar qəbul edir.

Qeyd edək ki, son vaxtlar Polşada koronavirusa yoluxma halları artmaqdadır. Bununla belə, yerli hakimiyyət orqanları xəstəliyin gedişatının əksər hallarda yüngül keçdiyini bildirir.

Rəsmi statistikaya görə, koronavirus pandemiyası başlayandan bəri Polşada 6,5 ​​milyondan çox xəstəlik qeydə alınıb, 119 540 nəfər ölüb.

Murad Məmmədli


Eks-prezident koronavirusa yoluxdu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026