• Bakı 22° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

 Əli Əsədov daha bir qərar imzaladı

SİYASƏT

28 Noyabr 2025 | 12:54

Əli Əsədov daha bir qərar imzaladı

Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydalarında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qaydalara aşağıdakı dəyişikliklər edilib.

Belə ki, 1.2.12-ci yarımbənd aşağıdakı redaksiyada verilir:

- seriyalı istehsal olunan mallar - vahid texnoloji prosesdən istifadə etməklə eyni sənədlərə uyğun istehsal olunan və mal vahidlərinin və ya vaxtaşırı təkrarlanan mal partiyalarının ardıcıl seriyası şəklində dövriyyəyə buraxılan mallar;

həmçinin aşağıdakı məzmunda 1.2.12-1-ci yarımbənd əlavə edilir:

- malı müşayiət edən sənədlər - malın nomenklaturasını və miqdarını müəyyən edən sənədlər;

Bundan əlavə, texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, uyğunluq sertifikatı seriyalı istehsal olunan mallara 5 ildən çox olmayan müddətə verilir, mal partiya və ya mal vahidi üçün müddət müəyyən edilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026