“Qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiyaya qarşı zəruri tədbirlər görülüb və bundan sonra da görüləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov səsləndirib.
Onun sözlərinə görə, hökumət tərəfindən fiskal dayanıqlılığın və maliyyə sabitliyinin qorunması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
"Habelə, səmərərsiz vergi və gömrük güzəştləri səbəbindən itirlən vəsaitin bərpası məsələsi də diqqətə saxlanılacaq”, - deyə Baş nazir əlavə edib.
Nuranə Daxilqızı







jpg-1672999424.webp)






