• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Əli Əsədovdan vaksinasiya prosesi ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

16 Mart 2021 | 11:37

Əli Əsədovdan vaksinasiya prosesi ilə bağlı AÇIQLAMA

Koronavirus pandemiyasına qarşı sistemli şəkildə mübarizə aparılır. Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin bütün resursları pandemiya ilə mübarizəyə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması təmin edilib, modul tipli xəstəxanalar yaradılıb, o cümlədən xarici ölkələrdən tibbi personal dəvət edilib.

Ə.Əsədov qeyd edib ki, ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib.

"Koronavirusla Mübarizəyə Dəstək Fonduna 114 milyon manat toplanılıb və fondun maliyyə vəsaiti hesabına vaksinlər alınaraq ölkəmizə gətirilib. Bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026