• Bakı 23° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Əməkdar artist səhhətindən DANIŞDI

MƏDƏNİYYƏT

27 Iyun 2023 | 14:36

Əməkdar artist səhhətindən DANIŞDI

Əməkdar artist Gülbahar Şükürlü səhhətində yaranan problemdən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qarmon ifaçısı "Səhər mərkəzi" verilişdən qonaq olarkən deyib.

"Allaha şükür. Müalicələr aldım. Həkim nəzarətindəyəm".

G.Şükürlü təmtəraqlı ad günlərindən də söz açıb:

"Martda ad günüm oldu. Çağırmadıqlarım məni vatsapda, instaqramda qara siyahıya atdı. Sonra barışdıq. İncidilər ki, çağırmadın. Hər il ad günümü təntənəli edirəm. Bu il qadınlarla etdim. 4-5 il həyat yoldaşımın vəfatına görə etməmişdim". 

O, "Bu günə qədər kimi bağışlamamısınız" sualını belə cavablayıb:

"Bir nəfər var idi. Ona görə bu sənətdən imtina edirdim. Gecə saat 2-də bıçaqla qarmonu ikiyə ayıranda anam mənə mane oldu. Amma hamısını bağışlayıram. Yadımda da qalmır. Bağılamadığım biri yoxdur, varsa da unutmuşam". 

Qeyd edək ki, G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. İfaçı bir neçə dəfə əməliyyat olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026