• Bakı 22° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ərdoğan Almaniya lideri ilə görüşəcək

DÜNYA

10 Noyabr 2023 | 17:10 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Almaniya lideri ilə görüşəcək

Almaniya kansleri Olaf Şolts noyabrın 17-də Berlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin müavini Kristian Hofman brifinqdə bildirib.

"Cümə günü axşam kansler Türkiyə Prezidenti ilə görüşəcək. İşgüzar nahar zamanı müxtəlif siyasi mövzular müzakirə olunacaq", - o deyib.

Bundan başqa, Türkiyə lideri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüş keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026