• Bakı 14° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

15 İŞİD terrorçusu həbs olundu

DÜNYA

10 Dekabr 2023 | 16:28 | Müəllif: Subhan Mahmudov

15 İŞİD terrorçusu həbs olundu

Hindistan Milli İstintaq İdarəsinin əməkdaşları Maharaştra və Karnataka ştatlarında antiterror əməliyyatı zamanı "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının 15 silahlısını həbs ediblər.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, həbs edilənlər terror fəaliyyətlərində, o cümlədən bütün Hindistanda terror aktları və zorakılıq üçün əldəqayırma partlayıcı qurğuların hazırlanmasında fəal iştirak ediblər.

Onlar qadağan olunmuş fəaliyyətdə və terrorizmin təbliğində ittiham olunublar.

Maharaştra və Karnatakanın paytaxtı Benqalorun 44 rayon və qəsəbəsində təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatı zamanı ekstremistlərdən külli miqdarda pul, elektron rabitə vasitələri və silahlar müsadirə edilib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026