• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ərdoğan  Azərbaycan könüllüləri ilə görüşdü - VİDEO

DÜNYA

21 Fevral 2023 | 10:05

Ərdoğan Azərbaycan könüllüləri ilə görüşdü - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, Ərdoğan zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib: "Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız".

Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Belə ki, ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan yüz nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib.


Ərdoğan Azərbaycan könüllüləri ilə görüşdü - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026