• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Ərdoğan Yunanıstandadır -​​​​​​YENİLƏNİB ​​​​​​

DÜNYA

07 Dekabr 2023 | 13:09

Ərdoğan Yunanıstandadır -​​​​​​YENİLƏNİB ​​​​​​

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya çatıb.

Bakıvaxti.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

***

09:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Yunanıstana gedəcək.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rəsmi səfər Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin dəvəti və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı münasibətilə reallaşacaq.

Afinada prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.

Görüşlər zamanı cari regional və qlobal hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulub.

Murad Məmmədli


SON XƏBƏRLƏR