• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlandı

DÜNYA

06 Yanvar 2024 | 12:44

Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlandı

2024-cü il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Bad İşl (Avstriya), Tartu (Estoniya), Bodo (Norveç) bu il üçün Avropanın mədəniyyət paytaxtları elan olunub.

Qeyd edək ki, “Avropanın mədəniyyət paytaxtı” təşəbbüsü 1985-ci ildə hazırlanıb və bu günə qədər Avropa İttifaqı (Aİ) və ondan kənarda 60-dan çox şəhər bu statusa layiq görülüb. 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı olan şəhərlər isə Elefsina (Yunanıstan), Vesprem (Macarıstan), Timişoara (Rumıniya) olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026