• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prezidentliyə namizədin imzalarında qüsurlar aşkarlandı

 

DÜNYA

05 Fevral 2024 | 12:32

Prezidentliyə namizədin imzalarında qüsurlar aşkarlandı

Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd olan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinin imzalarında 15,348% qüsur aşkar edib.

Bakıvaxtı.az "Novaya Gazeta Europe"a istinadən xəbər verir ki, namizədin seçki qərargahı bununla razılaşmır.

“Biz işçi qrupun qərarı ilə razı deyilik. Bütün dünya gördü ki, biz vicdanla imza topladıq”, - qərargahın nümayəndəsi bildirib.

Qanuna görə, imzalarında 5%-dən az qüsur aşkar edilən namizəd qeydiyyatdan keçir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 17 martda baş tutacaq. Səsvermə 15-17 mart tarixlərində davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026