• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Livandan İsrailə raket hücumu

DÜNYA

06 Mart 2024 | 09:50

Livandan İsrailə raket hücumu

Livanın cənubundan İsrailin sərhəd bölgəsindəki hərbi mövqelərə və yaşayış məntəqələrinə hücum olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbə verir ki, bu barədə Hizbullah hərəkatı bildirib.

Hücum nəticəsində 3 mülki vətəndaşın həyatını itirdiyi deyilir. Livanın cənubundakı Hula qəsəbəsinə edilən hücuma cavab olaraq İsrail Kiryat Şmona və Kfar Blum qəsəbələrinə onlarla “Katyuşa” raketi atıb.

Qeyd olunub ki, İsrailin Bağdadi və Birket Rişe mövqeləri, 769-cu Şərq briqadasının Kiryat Şmona kazarmasındakı qərargahı Kefr Şubaa təpəsindəki mövqelər raketlərlə vurulub.

İsrailin sərhəddəki hərbi mövqelərinə yerləşdirilmiş 2 Merkava tipli tankın da hədəfə alındığı bildirilib.

İsrail ordusunun radiosu öz xəbərində Livandan Kiryat Şmona istiqamətində 30 raketin atıldığını, 10 raketin isə hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu qeyd edib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026