Türkiyədə silahlı insident olub.
Bakıvaxtı.az “HaberTürk”ə istinadla xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sancaktepedə Atatürk məhəlləsi Çağdaş küçəsində avtomobilindən düşmək istəyən Məsut A şəxsiyyəti hələlik müəyyən edilməyən şəxslərin hücumuna məruz qalıb.
Hadisə yerinə polis və tibb qrupları göndərilib.
Həkimlər Məsut A-nın öldüyünü müəyyən ediblər. Polis qrupları küçənin giriş-çıxışlarını bağlayıb.
Hadisə yerində çox sayda boş patron aşkar edib.
Murad Məmmədli

jpg-1712292585.jpg)















