• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiya daha bir hərbi münaqişəyə cəlb olunur

DÜNYA

04 May 2024 | 23:13 | Müəllif: Subhan Mahmudov

Rusiya daha bir hərbi münaqişəyə cəlb olunur

Rusiya və Çin Tayvanın mümkün işğalı da daxil olmaqla, hərbi məsələlərdə daha sıx əməkdaşlıq edir.

Bakıvaxtı.az “Blumberq”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı Milli Kəşfiyyatın direktoru Evril Heyns deyib.

“Biz ilk dəfədir ki, Çin və Rusiyanın Tayvanla bağlı birgə hərbi təlimlər keçirdiyini görürük və bunun Pekinin açıq şəkildə Moskva ilə işləməsini istədiyi bir sahə olduğunu anlayırıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ kəşfiyyatının hesablamaları Rusiya və Çin arasında bütün sahələrdə - siyasi, iqtisadi, hərbi və texnoloji istiqamətdə əməkdaşlığın artdığını göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026