ABŞ Konqresi TikTok-u qadağan edən qanun layihəsi hazırlayıb.
Bakıvaxtı.az bu brədə xarici mətbuata istinadla xəbər verir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin ByteDance şirkətinə məxsus olan TikTok sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.
Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq üçün qanun layihəsi respublikaçı Mike Gallagher və Demokrat Raja Krishnamurthy tərəfindən dəstəklənir.
Qanun layihəsi Çin şirkətini TikTok-dan imtina etməyə məcbur edəcək, əks halda bu platforma ABŞ-da qadağan oluna bilər.
"Şirkət TikTok-dan imtina etməsə, onun ABŞ-da App Store və ya veb hosting platforması vasitəsilə yayılması qeyri-qanuni olacaq və hətta cari istifadəçilər arasında da onu qadağan edəcək".
Qanun layihəsi Amerika prezidentinə “xarici düşmənlər” tərəfindən idarə olunan digər tətbiqləri qadağan etməyə imkan verəcək.
Mina Mikayılova









jpg-1712292585.webp)






