İsrail Qəzzaya yardım yollarının açıldığını elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Benyamun Netanyahunun ofisi bildirib.
Məlumata görə, Qəzza zolağının şimalı ilə sərhədi vasitəsilə“müvəqqəti” yardım çatdırılmasına icazə veriləcək.
Baş nazirin ofisindən verilən açıqlamada Qəzzadan təxminən 40 km şimalda yerləşən limana və Beyt Hanun quru keçidinə istinad edilib.
"Bu artan yardım humanitar böhranın qarşısını alacaq və döyüşlərin davam etməsini təmin etmək, müharibənin məqsədlərinəçatmaq üçün lazımdır".
Mina Mikayılova
















