• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Gürcüstan parlamentinə giriş məhdudlaşdırılıb

 

DÜNYA

05 Fevral 2024 | 10:39

Gürcüstan parlamentinə giriş məhdudlaşdırılıb

Gürcüstan parlamentində təhlükəsizliyin “sarı səviyyəsi” tətbiq edilib.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qanunverici orqana ziyarətçilərin girişi fevralın 8-i daxil olmaqla məhdudlaşdırılıb.

Məhdudiyyətlər media nümayəndələrinə şamil edilmir. Bunu parlamentin mətbuat xidməti açıqlayıb. Etimad səsverməsi prosedurundan əvvəl hökumətin yeni tərkibinin komitə və fraksiyalarında müzakirələrin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze ötən həftə İrakli Qaribaşvili ilə mövqelərini dəyişib və hakim partiyanın yeni hökumətinə rəhbərlik edəcək. Parlamentdə ən çətin gün fevralın 7-si olacaq. Bu gün müxtəlif müxalif siyasi qruplar, o cümlədən həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası hökumət üzvlüyünə namizədləri dinləyəcək.

Fevralın 6-da isə prezident Salome Zurabişvilinin illik hesabatını verəcək. Məlumata görə, fevralın 8-də keçiriləcək plenar iclasda hökumətə etimad göstərilməsi məsələsi qaldırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR