• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İES-də partlayış: 16 nəfər xəsarət aldı

DÜNYA

06 Mart 2024 | 09:15

İES-də partlayış: 16 nəfər xəsarət aldı

Rusiyada istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə Rusiya Federasiyasının Tıva Respublikasının Uluq-Xem rayonundakı Şaqoran İES-də baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Uluq-Xem rayon administrasiyasının sədr müavini Buyan Maskır bildirib.

Onun sözlərinə görə, obyektdə olan qalan şəxslərin vəziyyəti normaldır.

Tıva hökuməti bu məlumatı təsdiqləyib, yaralananların vəziyyəti dəqiqləşdirilir. Bildirilib ki, Şaqoran İES-də dörd qazanxananın heç biri zədələnməyib və ştat rejimində işləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026