• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sərkisyan Qazaxın kəndlərini işğal etdiklərini təsdiqlədi

DÜNYA

04 Aprel 2024 | 22:57 | Müəllif: Subhan Mahmudov

Sərkisyan Qazaxın kəndlərini işğal etdiklərini təsdiqlədi

Qazaxın Ermənistanın işğalında olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı müzakirələrə bu ölkənin sabiq prezidenti, separatizmin və azərbaycanlılara qarşı soyqırımın müəlliflərindən olan Serj Sərkisyan da qatılıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərkisyan erməni mediasına açıqlamasında o kəndlərin Ermənistanın yuristiksiyasına daxil olmadığını dolayısı ilə təsdiqləyib.

O, kəndlərin hansı əsaslarla qaytarılmasından bəhs edib:

“Bu danışıqlardır, sərhədlərin demarkasiyası prosesidir, yoxsa sadəcə olaraq Azərbaycanın tələbini ödəyir?”

Sərkisyan bildirib ki, guya Ermənistana daxil olan qaz kəmərlərini Azərbaycan 90-cı illərdə partlatmaq istəyirmiş:

“90-cı illərin əvvəllərində böyük çətinliklər bahasına Ermənistan həmin qaz kəmərlərinin partlaması istəyinə son qoya bildi”.

Bununla da Sərkisyan guya “təhlükəsizlik məqsədi ilə” həmin kəndlərin işğal edildiyini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR