• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Rüstəm Umerov istefa verib? - RƏSMİ AÇIQLAMA

DÜNYA

04 May 2024 | 19:52 | Müəllif: Subhan Mahmudov

Rüstəm Umerov istefa verib? - RƏSMİ AÇIQLAMA

Ukrayna Müdafiə Nazirliyi qurumun rəhbəri Rüstəm Umerovun istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Balıvaxtı.az xəbər verir ki, bu barədə “Hromadske” nəşri nazirliyə istinadən məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkə istifadəçiləri Müdafiə Nazirliyinin tibbi komissiyalarının prosedurunda dəyişikliklərlə bağlı əmri nazir deyil, onun müavini İvan Qavrilyukun imzaladığını bildiriblər.

Nazirlikdən isə vurğulayıblar ki, sərəncamda nazirin imzasının olmaması onun istefası demək deyil:

"Aprelin 27-də sərəncam imzalananda Umerov ezamiyyətdə idi və bu səbəbdən onun səlahiyyətlərini birinci müavini Qavrilyuk həyata keçirirdi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026