• Bakı 16° C

    0.53 m/s

Tramp "TikTok"da hesab açdı: 3 milyonluq abunəçi - VİDEO

DÜNYA

03 Iyun 2024 | 16:22 | Müəllif: Gülşən Şərif

Tramp "TikTok"da hesab açdı: 3 milyonluq abunəçi - VİDEO

 ABŞ-nin keçmiş prezidenti Donald Tramp milli təhlükəsizlik səbəbi ilə qadağan etməyə çalışdığı "TikTok" sosial şəbəkəsində hesab açıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, hesabın iki gün öncə açılmasına baxmayaraq, artıq  3 milyondan çox istifadəçi Trampa abunə olub.

Tramp "Ultimate Fighting Championship" matçında Respublikaçılar Partiyasından prezidentliyə namizədin tamaşaçılara əl yellədiyini göstərən videoyazıda "Mən fəxr edirəm" başlıqlı paylaşım edib.

Qeyd edək ki, 2024-cü ildə ABŞ prezidentliyinə rəqibi Co Bayden isə fevralda qeydiyyatdan keçdikdən sonra cəmi 340 mindən çox abunəçi qazanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR