Meksikada keçirilən prezident seçkilərində qeyri-rəsmi nəticələrə görə Morena Partiyasından Klaudiya Şeynbaum ölkənin ilk qadın prezidenti seçilib.
Bakıxəbər.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə Klaudiya Şeynbaum seçicilərin 57,7 faizinin səsini qazanıb.
Meksika mətbuatı yazır ki, Şeynbaumun rəqibi Morena Partiyasından namizəd olan qadın prezidentliyə namizəd Xoçitl Qalvez 29,3 faiz, Xorxe Alvares Maynes isə 10,5 faiz səs toplayıb.
Rəsmi nəticələr elan edildikdən sonra Şeynbaum Meksikanın ilk qadın prezidenti olacaq.
















