• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Putin BMT rəhbəri ilə görüşə bilər - Peskov

DÜNYA

03 Iyul 2024 | 15:11

Putin BMT rəhbəri ilə görüşə bilər - Peskov

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) hazırkı sammiti çərçivəsində Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə danışa bilər, lakin hələlik görüş üçün rəsmi plan yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

"Onların qısa görüş keçirə biləcəklərini istisna etmirəm. Lakin hazırda ayrıca ikitərəfli görüş nəzərdə tutulmur", - o deyib.

Jurnalistlərin sorğusuna cavab olaraq Peskov BMT rəhbərinin sammitə səfərinin səbəblərini açıqlayıb:

"ŞƏT beynəlxalq təşkilatdır və onun sammitlərində digər beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Bu, normal diplomatik praktikadır", - o qeyd edib.

Günel Abbas


SON XƏBƏRLƏR

05 Iyul 2024