• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Spotify" yenidən qiymətlərini artırır

DÜNYA

03 Iyun 2024 | 15:52 | Müəllif: Gülşən Şərif

"Spotify" yenidən qiymətlərini artırır

Onlayn musiqi bazarının aparıcı şirkətlərindən biri olan "Spotify"də yeni və cari abunəçilər üçün abunə haqqı bahalaşacaq.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama verib.

Açıqlamaya görə, iyul ayından "Spotify"nin ABŞ abunəçiləri reklamsız mükafat planı üçün ayda 1 dollar daha çox ödəyəcəklər. Nəticədə abunəçilər ayda 11,99 dollar ödəməli olacaqlar. Bu isə son iki ildə 20%-lik artım deməkdir.

Bundan başqa, iki nəfərin premium planı bölüşdürməsinə imkan verən "Duo"nun aylıq qiyməti 2 dollar artaraq 16,99 dollara çatacaq. Ailə planı qiymətləri isə ayda 3 dollar artaraq 19,99 dollar təşkil edəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR