• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Netanyahu: HƏMAS vaxtı uzadarsa, müharibəni bərpa edə bilərik

DÜNYA

03 Iyun 2024 | 16:41

Netanyahu: HƏMAS vaxtı uzadarsa, müharibəni bərpa edə bilərik

HƏMAS vaxtı uzadarsa, müharibəni bərpa edə bilərik.

Bakıvaxtı.az  “The News of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə parlamentinin (knesset) Xarici işlər və müdafiə üzrə komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, hərbi kabinet HƏMAS-la sövdələşmə qarşılığın müharibənin başa çatmasına razılıq verməyib.

Baş nazir ABŞ Prezidenti Cozef Baydenin HƏMAS-a etdiyi təkliflərdən bəhs edərək, onun detalları açıqlamadığını bildirib: “Cozef Bayden mənzərənin bir qismini təqdim edib. Girovların qaytarılması üçün müharibəni dayandırmaq olar.Ancaq bundan sonra biz yenidən hər nəyi ölçüb-biçəcəyik”.

“Razılaşmanın birinci mərhələsi başa çatdıqdan sonra nə baş verəcək” sualını cavablandıran B.Netanyahu deyib ki, HƏMAS “vaxtı uzatsa” İsrail hərbi əməliyyatları bərpa etmək hüququnu özündə saxlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026