• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu ölkədə torpaq sürüşməsi 6 can aldı

DÜNYA

06 Mart 2024 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə torpaq sürüşməsi 6 can aldı

Cənubi Afrika ölkəsi Malavidə daşqın və torpaq sürüşməsi olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər həyatını itirib.

Malavi Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada ölkənin Nxotakota bölgəsində güclü yağışların torpaq sürüşməsinə səbəb olduğu bildirilir.

Açıqlamada seldən zərər çəkmiş rayonun infrastrukturuna ciddi ziyan dəydiyi vurğulanır.

Təbii fəlakətdən təxminən 14 min insanın zərər çəkdiyi, köçkün vətəndaşların düşərgə ərazilərinə göndərildiyi bildirilib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026