Perunun baş naziri Alberto Otarola istifa verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir, o bu barədə prezident Dina Boluarte ilə görüşündən sonra mətbuata açıqlamasında bəyan edib.
Perunun keçmiş prezidenti Martin Vizkarranı günahlandıran Otorala bu qərarı hökuməti sakitləşdirmək üçün verdiyini deyib:
“Bütün araşdırmalara açığam və bütün bunların arxasında cənab Martin Vizkarranın olduğuna şübhəm yoxdur".
Ona qarşı irəli sürülən korrupsiya iddialarını qəbul etmədiyini vurğulayan Otarola, "Həyatım və peşəkar karyeram boyunca həmişə əxlaqa, əxlaqa və qanunun aliliyinə inanmışam" deyib. Otarolanın keçmiş həyat yoldaşı ilə telefon danışığının səs yazılarının üzə çıxmasından sonra hərəkətə keçən prokurorluq baş nazirə qarşı korrupsiya iddiaları ilə bağlı ilkin araşdırmaya başlanıldığını açıqlayıb.
Peru mətbuatının məlumatına görə, Otarola həm də keçmiş biznes ortağını dövlətlə qeyri-qanuni müqavilə bağlamağa kömək etməkdə ittiham olunur.
Murad Məmmədli
















