Avropada fermerlərin bir gün davam edən etirazları Fransa və İspaniya arasında pomidorla bağlı siyasi mübahisəyə çevrilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın keçmiş ekologiya naziri Segolele Royal iştirak etdiyi bir televiziya proqramında İspaniyada istehsal olunan pomidorları saxta adlandırıb.
Fransanın Baş naziri Qabriel Attal da İspaniyanı "qeyri-sağlam kənd təsərrüfatı məhsulları becərilməsinə icazə verərək haqsız rəqabət yaratmaqda" günahlandırıb. İttiham müzakirələrə səbəb olub.
İspaniyanın baş naziri Pedro Sançes ölkəsinin kənd təsərrüfatı məhsulları ilə bağlı tənqidlərin "əsassız" olduğunu bildirib.
Baş nazir keçmiş naziri "indiyə qədər dadına baxa bilmədiyi pomidorları dadmaq üçün" İspaniyaya dəvət edəcəyini deyib: “O, dadına baxanda görəcək ki, ispan pomidorları misilsiz və rəqibsizdir”.
Ay Tac
















