• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Daha iki rus komandirin həbsinə order verildi

DÜNYA

06 Mart 2024 | 00:06 | Müəllif: Subhan Mahmudov

Daha iki rus komandirin həbsinə order verildi

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın uzaqmənzilli aviasiya qüvvələrinin komandiri Sergey Kobylaş və Qara dəniz donanmasının komandiri Viktor Sokolovun həbsinə order verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məhkəmənin saytında məlumat yerləşdirilib.

Orderlər 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında Ukraynada baş vermiş müharibə cinayətlərinə aiddir.

Xatırladaq ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanı uşaqları Ukraynadan deportasiya etməkdə ittiham edib və onların həbsinə orderlər verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR